x
Loading...

Suriyanın Əl-Bab şəhəri yaxınlığında partlayış törədilib, xeyli sayda ölən və yaralanan var

Suriyanın Əl-Bab şəhəri yaxınlığında partlayış törədilib, xeyli sayda ölən və yaralanan var
12:32 24 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusunun terrorçulardan təmizlədiyi Əl-Bab rayonundan 7 km aralıda yerləşən Susian qəsəbəsində partlayış törədilib. 
“Report” “Aljazeera”ya istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobillə intiharçı-kamikadzenin hücumu nəticəsində 45-ə yaxın insan ölüb, xeyli sayda adam yaralanıb.  
Ölənlərin çoxu mülki sakinlərdir. Onlar əsasən atışmalara görə tərk etdikləri evlərinə qayıdanlardır. 
Məlumata görə, hücumun məsuliyyətini üzərinə götürən olmasa da, partlayışı törətməkdə terrorçu İŞİD qruplaşmasından şübhələnilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyanin-el-bab-seheri-yaxinliginda-partlayis-toredilib-xeyli-sayda-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR