x
Loading...

Azərbaycan Beynəlxalq Bankının inkişaf bankına çevrilməsi nəzərdə tutulmur

Azərbaycan Beynəlxalq Bankının inkişaf bankına çevrilməsi nəzərdə tutulmur
12:52 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) perspektivdə inkişaf bankına çevrilməsi ilə məsələsi ölkə hökuməti tərəfindən müzakirə edilmir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bu ehtimalın mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib. 
"Buna baxmayaraq, Azərbaycanda iqtisadiyyatını subsidiya edən müxtəlif fond və agentliklərdən konsolidə olunmuş, beynəlxalq standartlara uyğunlaşan inkişaf bankı və ya inkişaf korporasiyası yaradıla bilər. Bu təşkilat milli valyutada uzunmüddətli kreditləşməni bərpa edə bilər. Bunun üçün dövlət ölkədə maliyyə sabitliyini təmin etməlidir", - deyə WB rəsmisi qeyd edib.
A.Priqojinanın sözlərinə görə, ABB-nin özəlləşdirilməsi prosesində xarici kommersiya bankları da iştirak edə bilər: "Bunun üçün isə onlar ABB-nin perspektivlərinə baxacaqlar. ABB-də korporativ menecment inkişaf etdirilməli və özəlləşdirmə üçün biznes-plan hazırlanmalıdır".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-bankinin-inkisaf-bankina-cevrilmesi-nezerde-tutulmur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR