x
Loading...

"Qarabağ" və "Tottenhem"

"Qarabağ" və "Tottenhem"
13:42 24 Fevral 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında yeni rekord qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"i qitənin ikinci dərəcəli klub turnirinin tarixinə düşüb.

1/16 finalın cavab oyununda Belçika "Gent"ini qəbul edən London klubu ev oyununa 80 min 465 tamaşaçı toplayıb. "Uembli"dəki bu göstərici Avropa Liqasının mütləq rekordudur.
 
2:2 hesabı ilə nəticələnən oyunadək də rekord İngiltərədə qeydə alınmışdı. Ötən mövsümün "Mançester Yunayted" - "Liverpul" matçını 75 min 180 tamaşaçı seyr etmişdi.
 
Maraqlıdır ki, turnirin final oyunları üçün rekord 52 min 347 nəfər təşkil edir. Bu, 2012-ci ilin "Atletiko Madrid" - "Atletik" matçına təsadüf edib.
 
Təbii ki, söhbət yarışın 2009-cu ildə Avropa Liqası adlandığı vaxtdan sonrakı müddətdən gedir. Turnirin UEFA kuboku adlandığı dönəmdə "Real" - "İpsviç" görüşündə 110 min tamaşaçı qeydə alınmışdı.
 
Qeyd edək ki, Azərbaycan klubları "Tottenhem"in rekorduna yalnız həsəd apara bilər. Çünki klublarımızın yarışın əsas mərhələsində - qrupda keçirdiyi 6 oyunda üst-üstə 71 min 334 tamaşaçı qeydə alınmışdı ki, bu da "Uembli"dəki rekorddan azdır. Mövsümün Azərbaycan rekordu isə 30 min 792-dir. Bu, "Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə matçında qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR