Rövşən Lənkəranskinin "oğru" adı İrəvanda əlindən alındı

Rövşən Lənkəranskinin "oğru" adı İrəvanda əlindən alındı
10:05 7 Yanvar 2015
228 Dünya
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, yanvarın 6-da Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük “oğru sxodkası” keçirilib
Virtualaz.org saytı xəbər verir ki, bu toplantı əvvəlcə Moskvaya təyin olunmuşdu. Amma Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün kriminal avtoritetlər təcili şəkildə seçim edərək İrəvanda toplaşmaq variantı üzərində dayanmışdılar.

İrəvandakı “sxodka”nın təşkilatçısı Artyom Arutyunyan adlı kriminal avtoritet idi.

Hüquq-mühafizə orqanlardakı mənbələr “Rosbalt”a bildirib ki, “vor zakonlar” son bir neçə gün ərzində İrəvana yığışmaqda davam ediblər. Onların sayı 100-dən çox olub. “Oğrular” əvvəlcə öz aralarında kiçik qruplar halında məsləhətləşmələr aparıb, daha sonra isə yanvarın 6-da hamısı bir araya gəliblər.

“Sxodka”da Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər iştirak ediblər.

“Vor zakonlar” öncə 2008-ci ildən başlayaraq “qanuni oğrular”ın sayının sürətlə artması məsələsini müzakirə ediblər.

Şakro Molodoy deyib ki, 2008-ci ildən başlayaraq bu sahədə özbaşınalıq olub, “ailə”yə daxil olmağa namizədlər bəzən lazımınca öyrənilməyib, onların kimliyi tam araşdırılmayıb, “oğru” titulu verilərkən lazımi prosedurlara riayət olunmayıb.

Digər “oğru”lar da Şakronun bu fikri ilə razılaşıblar. Onların bildirdiyinə görə, 2008-ci ildən bəri azı 240-250 nəfərə “vor zakon” titulu verilib, bu isə çoxdur.

Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “sxodka”da belə bir qərar qəbul olunub ki, 2008-ci ildən sonra “tac” almış “oğru”ların titulu sual altına alınsın. Bu isə o deməkdir ki, həmin ildən sonra “oğru” titulu alan şəxslər daha “vor zakon” titulu daşımırlar, onlar yalnız bu ada iddiaçı sayılırlar.

“Sxodka”da digər sensasion qərar da verilib. Belə ki, Rövşən Lənkəranski (Canıyev) və Cemal Mikeladze (Cemo) “qanuni oğru” titiulundan məhrum ediliblər.

O da qərara alınıb ki, son illərin kriminal savaşlarının iki əsas iştirakçısı - Merab Canqveladze (Suxumski) ilə Tariel Oniani (Taro) barədə onlar həbsdən çıxandan sonra yekun qərar verilsin.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR