“Beynəlxalq ictimaiyyət 26 fevral 1992-ci ildə Xocalıda
yaşanan insanlıqdan kənar faciəyə qiymət verməli, Ermənistan işğal
etdiyi Azərbaycan torpaqlarından bir an öncə geri
çəkilməlidir”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin
köməkçisi Numan Kurtulmuş deyib.
Xocalı qətliamını şiddətlə qınayan N.Kurtulmuş “unutmadıq,
unutdurmayacağıq” deyə vurğulayıb.
“Türkiyə və Azərbaycan xalqı iki dövlət bir millət olaraq kədərdə
və sevincdə bir olmağa, birlikdə hərəkət etməyə davam edəcək,
qardaşlığımız həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızın
kədəri bizim kədərimizdir. Xocalı şəhidlərimizi bir daha rəhmətlə
anırıq”, - deyə o bildirib.
Asif