Azərbaycan taekvondoçuları İslam Həmrəyliyi Oyunlarınadək bir neçə yarışda iştirak edəcək

Azərbaycan taekvondoçuları İslam Həmrəyliyi Oyunlarınadək bir neçə yarışda iştirak edəcək
14:02 24 Fevral 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi barədə danışıb.
"Report"un məlumatına görə, "Bakı 2017"nin rəsmi saytına müsahibə verən federasiya rəsmisi hazırda təlim-məşq toplanışında olduqlarını söyələyib. O, bildirib ki, Oyunlarda ATF komandasını 8 qadın və 8 kişi taekvondoçu təmsil edəcək: "Ancaq ağır çəkili qadınlardan 2-si zədələndiyindən, bir az tərəddüd edirik. İdmançılarımız həkim nəzarəti altında hazırlaşırlar. Gündə 2-3 dəfə məşq olur. Məşqlərimiz federasiyamızın inzibati binasında keçirilir və idmançılarımız "Qafqaz" otelində qalırlar. Onların düzgün qidalanmalarına ciddi riayət edilir. İslamiadayadək bir neçə yarışda iştirak etməliyik və hazırda onlara hazırlaşırıq. Taekvonduçularımıza güvənirik. Çünki onlar güclü, əzmli və səbrlidirlər".
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandasının baş məşqçisi Reza Mehmandoust, qızlardan ibarət komandanın baş məşqçisi Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/niyameddin-pasayev-i-slam-oyunlarina-kimi-bir-nece-yarisda-istirak-etmeliyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR