UEFA-nın yekun reytinq cədvəli açıqlandı

UEFA-nın yekun reytinq cədvəli açıqlandı
14:07 24 Fevral 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın reytinq siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, Avroliqanın 1/16 final mərhələsinin cavab qarşılaşmalarından sonra cədvəldə kiçik dəyişiklik baş verib.

 

Belə ki, quruma üzv olan 54 ölkədən bəzilərinin xal hesabı artsa da, yalnız 2 ölkədə mövqe dəyişikliyi qeydə alınıb. Reytinq cədvəlində 26-cı yerdə Azərbaycanla qonşu olan Kipr bir qədər irəliləyib.

 

Adalılar Norveçi 24-cü pillədən sıxışdırıb. Artıq Skandinaviyalılar ölkəmizə qonşu olub və onlardan 0,575 xal geri qalırıq.

 

Eyni zamanda 1/16 final 6 ölkə üçün mövsümün bitməsi ilə nəticələnib. Ukrayna, Çexiya, Ruminiya, Polşa, israil və Bolqarıstan son təmsilçilərini də itirib. Azərbaycanın ən yaxın izləyicisi olan Bolqarıstanın dayanması ölkəmizin 26-cı yerdən tərpənməməsinə şərait yaradıb. 

 

Qeyd edək ki, Bolqarıstan təmsilçisi "Ludoqorets” Avroliqanın 1/16 fial mərhələsində "Kopenhagen”lə qolsuz heç-heçə edərək, ümumi nəticəyə görə (1:2) mübarizəni dayandırıb.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-nn-yekun-reytinq-cdvli-acqland-t56504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR