Oğulluğu İlhamə Quliyevaya il mərasimi verir - FOTO

Oğulluğu İlhamə Quliyevaya il mərasimi verir - FOTO
14:23 24 Fevral 2017
536 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün “Heydər” məscidində mərhum xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilir.

İlhamə Quliyevanın il mərasimini keçirən oğulluğu Orxan Nadirov açıqlamasında mərhumu belə yad edib: “Onun yoxluğuna inana bilmirəm, qəbul etmək istəmirəm. Həyatdır...”

Orxan Nadirov “Mərasimə İlhamə Quliyevanın bacılarını dəvət etmisinizmi?” sualına belə cavab verib: “Toy məclisi deyil ki, dəvət edim. Kim gəlmək istəsə, gələcək”.

Mərhumun oğulluğu “Bəs sabah siz İlhamə Quliyevanın bacılarının “Təzəpir” məscidinə təşkil etdiyi il mərasiminə gedəcəksinizmi?” sualını da cavablandırıb: "Xeyr, getməyəcəm. Məclis bir dəfə olur. Amma kimsə dəvət etsə, gedəcəm. Dəvət olunmadığım yerə getmirəm”.

İlhamə Quliyevanın il mərasimində ailəyə yaxın şəxslər – Orxan Nadirovun bioloji anası Lalə Nadirova, gəlini Arifə Nadirova və Azrbaycan Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova iştirak edirlər.

İl mərasiminə müğənni Əli Mirəliyev və İlhamə Quliyevanın bacıları gəlməyib. (teleqraf)









Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/189149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR