Milli Məclisin iclası vaxtı işıqlar sönüb

Milli Məclisin iclası vaxtı işıqlar sönüb
14:23 24 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin qış sessiyasının bu gün keçirilən plenar iclasında elektrik enerjisində problem yaranıb.

Publika.az xəbər verir ki, deputat Sahibə Qafarovanın çıxışı zamanı işıqlar sönüb.

Vitse spiker Valeh Ələsgərov ayağa qalxaraq problemlə maraqlanmaq istəyib.

Lakin qısa müddətdən sonra elektrik enerjisinin fəaliyyəti bərpa edilib.

Hazırda deputatlar Xocalı soyqrımının 25 illiyinə dair müzakirələr aparırlar.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR