x
Loading...

Azərbaycan Bolqarıstanla audit sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Bolqarıstanla audit sahəsində əməkdaşlıq edəcək
15:12 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 27-də Azərbaycan Auditorlar Palatası ilə Bolqarıstan Sertifikatlı Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq.
“Report”un məlumatına görə, bu barədə Palatanın sədri Vahid Novruzov məlumat verib.
Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum 30-a yaxın ölkənin analoji qurumu ilə əməkdaşlıq edir.
Bundan başqa, V.Novruzov qeyd edib ki, bu ilin sentyabr ayında Bakıda “Azərbaycanın strateji yol xəritəsi: şəffaflıq və hesabatlılıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək: “Bu tədbiri Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə keçirməyi planlaşdırırıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-bolqaristanla-audit-sahesinde-emekdasliq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR