x
Loading...

Neft bahalaşacaq - ​PROQNOZ VERİLDİ!

"Fitch" beynəlxalq reytinq agentliyinin hazırladığı yeni hesabata əsasən, yaxın 3 ildə dünya bazarında "Brent" markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb.

Proqnoza görə, Agentlik 2017-ci ildə neftin orta qiymətinin 45 dollar/barel, 2018-ci ildə 55 dollar/barel, 2019-cu ildə isə 60 dollar/barel olacağını gözləyir.

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirdi ki, kəskin bahalaşma olmasa da, neft 40 dollara düşən deyil:

“OPEC hasilatı azaltmaq yolu ilə qiymətləri qaldırmaq siyasəti yürüdür, ABŞ isə getdikcə bazarlara daha çox həcmlərdə xam neft çıxarmağa başlayır. OPEC rəhbərliyi ötən gün bəyan etdi ki, bazarlarda artıq neft qalıb. Bu səbəblə qiymətlər hələ istənilən səviyyəyə çatmayacaq. Bəs, artıq neft azaldıqca, Amerika şist nefti onun yerini doldurmayacaqmı? Həqiqət var ki, neft 40 dollara düşən deyil. Çünki bu, ABŞ-da neft hasilatına sərfəli deyil. Üstəlik, Aİ iqtisadiyyatında stabillik yarandığı da müşahidə edilir. Çində də istehlak bərpa elementləri nümayiş etdirmək istəyir. Yəni, tələbat da artacaq. Odur ki, neft 40 dollara düşən deyil. Və bizim manatımız üçün də bu, sərfəlidir”.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR