Ağsu aşırımında sürüşmə aktivləşdi

Ağsu aşırımında sürüşmə aktivləşdi
16:22 24 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş vermiş sürüşmə aktiv fazadadır.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının mütəxəssisi Teymuraz Ələkbərov məlumat verib. O deyib ki, aidiyyəti orqanların əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib, hazırda "Azəravtoyol"un əməkdaşları tərəfindən yolda bərpa işləri aparılır.
 
T.Ələkbərov qeyd edib ki, sürüşmə sahəsinin eni 35-40 metr, uzunluğu 40-50 metr, qırılma qaşının hündürlüyü isə 4-5 arasında dəyişir: "Sürüşmə aktiv fazadadır. Əgər əraziyə atmosfer yağıntıları düşsə, sürüşmənin sahəsi bir qədər də böyüyə bilər. Yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR