İraq qırıcıları Suriyanı bombalamağa başladı

İraq qırıcıları Suriyanı bombalamağa başladı
17:28 24 Fevral 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın baş naziri Haydar əl-İbadi Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələrin endirilməsi haqqında əmr verib.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

“Biz Hərbi Hava Qüvvələrinin komandanlığına Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələrin endirilməsi barədə əmr verdik. İŞİD terrorçuları Bağdadda bu yaxınlarda baş verən partlayışlara görə məsuliyyət daşıyırlar”, - baş nazir deyib.

Onun sözlərinə görə, İraq hərbçiləri artıq əməliyyatı keçiriblər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR