Cəbhədə aprel döyüşləri təkrarlana bilərmi? - Cavabı bu xəbərdə...

Son günlər təmas xəttində gərginliyin artması həm yerli, həm də erməni mətbuatında gündəmi zəbt edən əsas məsələyə çevrilib. Cəmiyyətdə aprel döyüşləri təkrarlanması haqnda fikirlər var.

Bununla bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, yaxın aylarda Ermənisatn və Azərbaycan arasında irimiqyaslı müharibənin baş verməsi hazırda heç də inandırıcı deyil:

“Səbəblərdən birincisi odur ki, bölgədə marağı olan dövlətlər Azərbaycan və Ermənistan arasında müharibənin olmasına imkan verməyəcək. Biz bunu ötən ilin aprel ayında da gördük. Qarşıdurma xəttində belə lokal döyüşlərin olması o demək deyil ki, belə hadisələr davamlı olaraq baş verəcək. Bunun genişmiqyaşlı şəkil alması hazırda heç də inandırıcı deyil. Lakin istisna deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üşün hərbi əməliyyatlara başlanılmayacaq. Amma bunun aprel, yaxud da yaxın aylarda baş verəcəyi barədə fikir söyləmək düzgün deyil.

Qarşıdurma xəttində baş verən hadisələrin səbəbkarı birmənalı olaraq Ermənistandır. Lakin burada başqa bir məqam var. Ermənistan hansı səbəbdən bu provakasiyaları həyata keçirir? Səbəb budur ki, erməni dövləti cəmiyyətinin rəğbətini qazanmaq üçün təmas xəttində belə bir təxribata yol verir. Hazırda Ermənistanda olan hakimiyyət “Müharibə partiyası”nı təmsil edir. Yəni, bu münaqişə öz həllini taparsa, Sarkisyan hakimiyyəti və Ermənistanda hakimiyyətdə olan Qarabağ erməniləri öz effektini itirəcək. Yəni, erməni cəmiyyəti onların hakimiyyətdən getməsi üçün addımlar atacaq.

Azərbaycanda isə belə bir problem yoxdur. Xalqın müharibə ilə bağlı fikirləri, istəkləri də göz qabağındadır. Azərbaycan xalqı işğal olunmuş torpaqlarının işğaldandan azad edilməsi üçün daim müharibənin tərəfdarı kimi çıxış edir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR