Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib
17:57 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün Kürdəmir rayonunda vətəndaşları qəbul edib. 
Komitədən "Report"a bildirilib ki, qəbulda Kürdəmir ilə yanaşı Ucar, Zərdab və Göyçay rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Vətəndaşlar Komitə sədrinə əsasən özəlləşdirmə və əmlakın sənədləşdirilməsi ilə bağlı onları maraqlandıran məsələlərlə bağlı müraciət ediblər. Səsləndirilən müraciətlərlə bağlı zəruri məlumatları yerində dəqiqləşdirmək üçün Komitənin aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verib. Özəlləşdirmə ilə bağlı ünvanlanan müraciətlərin bir qismi keçirilən hərraclarla bağlı olub. Komitə sədri bütün təkliflərin qeydiyyata alınması və tezliklə dəyərləndirilməsi barədə tapşırıqlarını verib.
Qəbulda daşınmaz əmlakın qeydiyyatı və əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı vətəndaşları maraqlandıran məsələlər də komitə sədrinə bildirilib. Bir neçə vətəndaş mənzillərin, pay torpaqlarının, fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlərini səsləndiriblər. 
K.Həsənov vətəndaşları dinləyərək bəzi müraciətlərin dərhal həlli üçün məsul qurum rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri qeyd edib ki, bütün müraciətlər müvafiq qanunvericiliyin müddəaları qorunmaqla tez həll olunmalı, vətəndaş məmnunluğu təmin edilməlidir. ƏMDK-nin fəaliyyət istiqamətləri üzrə ictimai xidmətlər və hüquqi prosedurlar ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri mütəmadi həyata keçirilməli, verilən sorğular dərhal cavablandırılmalıdır. Komitə sədri tərəfindən qəbulda verilən tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-kurdemirde-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR