Azərbaycanda ötən il daxili işlər orqanlarının 330 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Azərbaycanda ötən il daxili işlər orqanlarının 330 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
19:32 24 Fevral 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Ötən ildə polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquqlarının pozulması halları 10,9 faiz, o cümlədən əsassız saxlamalar 33,3 faiz, vətəndaşlarla kobud rəftar halları 41,3 faiz, əsassız gətirmələr 5,7 faiz, sürücülərin hüquqlarının pozulması 5,9 faiz azalıb.
"Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsində əksini tapıb.
İllik məruzədə qeyd olunub ki, ümumilikdə, idarədaxili nəzarət qaydasında aşkarlanan əsassız saxlama, əsassız gətirmə və vətəndaşlarla kobud rəftarla bağlı olmayan faktlar isə prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq, hər biri üzrə qanuni qərarlar qəbul edilib. 2016-cı il ərzində aşkarlanan 253 fakt üzrə (74-ü vətəndaşlarla kobud rəftar, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlbetmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü digər faktlar) 330 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 31-i tutduğu vəzifədən azad edilib, 225 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.
Bəzi təhqiqatçıların və müstəntiqlərin toplanmış materiallar üzrə yoxlamaları natamam aparması, prosessual pozuntulara yol verməsi şikayətlərə səbəb olub. Müvəkkil belə hallarda aşkar etdiyi hüquq pozuntusunun qarşısını almaq məqsədilə istintaqa nəzarəti həyata keçirən prokurorluq orqanlarına müraciət edib, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar ləğv edilib, vətəndaşın pozulmuş hüquqları bərpa edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycanda-oten-il-daxili-isler-orqanlarinin-330-emekdasi-intizam-mesuliyyetine-celb-olunub2

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR