"Qarabağ" klubu Şəhidlər Xiyabanına yürüş təşkil edəcək

"Qarabağ" klubu Şəhidlər Xiyabanına yürüş təşkil edəcək
19:37 24 Fevral 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "Qarabağ" futbol klubunun üzvləri fevralın 26-da Şəhidlər Xiyabanına yürüş təşkil edəcəklər. 
"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir saat 11:00-a planlaşdırılıb.
Yürüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, klub rəsmiləri, futbolçular, eləcə də, komandanın azarkeş qrupları iştirak edəcəklər.
Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/qarabag-klubu-sehidler-xiyabanina-yurus-teskil-edecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR