ATƏT baş katibi: "Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur”

ATƏT baş katibi: "Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur”
20:17 24 Fevral 2017
345 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında ATƏT baş katibi Lamberto Zanyer bildirib.

L.Zanyer deyib ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib: "Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. Ötən il atəşkəsdən sonra ən çox qurban verildiyi il olub. Biz bundan xəbərdarıq və narahatıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR