Azərbaycanda 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq

Azərbaycanda 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq
20:52 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Dünya iqtisadiyyatında baş verən neqativ proseslərin təsiri nəticəsində 2015-ci ildə 2014-cü ilə nisbətən işsizlik səviyyəsində 2%-lik artım müşahidə edilib. 
Bunu “Report”a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ramiz Hüseyn deyib.
O deyib ki, Azərbaycanda islahatların başlanması işsizliyin səviyyəsinin azalmasına müsbət təsir edib: “Amma 2016-cı ildən etibarən işsizliklə bağlı müsbət tendensiyalar müşhaidə edilib. Açıqlana rəqəmlərə görə, yenə işsizlik səviyyəsi 5% həddindədir. Bu çox müsbət addımdır və növbəti illərdə də bu istiqamətdə təxirəsalınmaz addımlar atılacaq”.
Ekspert hesab edir ki, növbəti 8 ildə yarım milyona qədər yeni iş yeri açılacaq və bu da proseslərə müsbət təsir edəcək: “Ölkə başçısının fərmanına əsasən 6 dekabr 2016-cı ildə Strateji Yol Xəritələri təsdiq edilib. Məhz Strateji Yol Xəritələrinə əsasən 2025-ci ilə qədər 450 min yeni iş yeri açılacaq. Bu isə o deməkdir ki, qarşıdakı illər ərzində işsizliklə bağlı ciddi problemlər olmayacaq”.
Mərkəz rəsmisi qarşıdakı illərdə Strateji Yol Xəritəsinin reallaşması üçün 27 mlrd. ABŞ dolları civarında investisiyanın ayrılması nəzərdə tutulub: “Növbəti illərdə turizm sektorunun, peşə təhsilinin inkişafı yeni sektorlarda gənc vətəndaşlar üçün yeni iş yeri imkanı yaradacaq. Bir faktı qeyd etmək istəyirəm ki, yeni yaranan sektorların iş təminatı üçün Peşə Təhsilinin İnkişafına Dair Strateji Yol Xəritəsi özünün böyük töhfəsini verəcək. Bu yol xəritəsinə əsasən iqtisadiyyatdakı inkişaf etdirilməsi planlaşdırılan sektorların kadr təminatı nəzərə alınıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-2025-ci-ile-qeder-450-min-yeni-is-yeri-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR