Türkiyənin Baş Qərargah rəisi: “Əl-Bab tam nəzarət altındadır”

Türkiyənin Baş Qərargah rəisi: “Əl-Bab tam nəzarət altındadır”
21:43 24 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı məqsədinə nail olub.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bəyan edib.

“Əl-Bab şəhəri tam nəzarət altındadır. Əməliyyatın əvvəlində planlaşdırılan bütün məqsədlərə nail olunub. Bundan sonra həyatın normallaşması, yerli əhaliyə evlərinə qayıtmaq üçün yardım ediləcək”, deyə H.Akar bildirib.

Türkiyənin Baş Qərargahı fevralın 23-də Suriyanın Əl-Bab şəhərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi.

Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR