İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı

İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı
23:28 24 Fevral 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Suriya ərazisində İŞİD terror təşkilatına qarşı ilk aviasiya reydlərinə başlayıb.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, İŞİD-ə ilk aviazərbələr Suriya-İraq sərhədi yaxınlığında endirilib.

İraq ordusundan bəyan ediblər ki, reydlər ekstremistlərin bu yaxınlarda Bağdadda törətdikləri terror aktlarına cavab olaraq həyata keçirilib.

"Biz uşaq və vətəndaşlarımızı qətlə yetirən terrorçuları harada olurlarsa-olsunlar, izləməyə çalışırıq", - deyə İraqın baş naziri Heydər əl-Abadi bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR