x
Loading...

Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb

Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb
02:22 25 Fevral 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ On iki il əvvəl, 1 sentyabr 2005-ci ildə Yunanıstanın Krit adasında yerləşən Malia kurort şəhərciyində itkin düşmüş 20 yaşlı britaniyalı Stiven Kukun qalıqları tapılıb.
"Report" xəbər verir ki, bu barədə Afina xəbər agentliyi məlumat yayıb.
Gəncin skeleti yerli sakinlər tərəfindən Malia yaxınlığındakı quyudan tapılıb. Onun yanında kamera və dəri kəmər olub.
Polisin məlumatına görə, genetik material ekspertizaya göndərilib və cəsədin Kuka aid olduğu təsdiqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-12-il-evvel-itkin-dusmus-britaniyalinin-qaliqlari-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR