Bakıda camaşırxana yandı

Bakıda camaşırxana yandı
02:29 25 Fevral 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonu ərazisində yanğın olub.

 

APA-nın məlumatına görə, hadisə Möhsün Sənani və Xan Şuşinski küçələrinin kəsişməsindəki binanın zirzəmisində yerləşən camaşırxanada baş verib. Bina sakinləri iş vaxtının bitdiyi camaşırxanada qısaqapanma və alışma hiss ediblər. Onlar hadisə barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat veriblər.

 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Camaşırxananın sahibini tapmaq mümkün olmadığından, yanğınsöndürənlər dəmir qapını sındıraraq içəri daxil olublar.

 

Çətinliklə olsa da, camaşırxanaya daxil olan yanğınsöndürənlər alovun yayılmasına, eyni binadakı yaşayış evləri və 134 saylı uşaq bağçasına keçməsinin qarşısını alıblar.

 

İlkin məlumata görə, iş vaxtı bitsə də, camaşırxananın işçiləri elektrik avadanlıqlarını cərəyana qoşulu vəziyyətdə qoyublar. Bu səbəbdən qısaqapanma yaranıb.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR