x
Loading...

Kiberhücumların sayı artacaq

Kiberhücumların sayı artacaq
08:32 25 Fevral 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fransanın "Gemalto" şirkətinin ekspertləri 2017-ci ildə maliyyə qurumlarına və siyasi təşkilatlara qarşı həyata keçirilən kiberhücumların sayının artacağını proqnozlaşdırırlar. Mütəxəssislərin fikrincə, haker hücumları getdikcə daha mürəkkəb xarakter almaqla çətinliklə aşkarlanacaq. Cinayətkarlar həm siyasi motivləri, həm də qazanc istəklərini rəhbər tutacaqlar.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Gemalto" nümayəndəsi Ceyson Hartın sözlərinə görə, əvvəllər kibercinayətkarlar fərqli hərəkət edirdilər. Birinci nəsil hakerlər, sadəcə, məlumat bazalarından istifadə imkanının qarşısını alırdılar. Sonradan təhlükələrin inkişafı nəticəsində kibercinayətkarlar informasiya oğurluğuna maraq göstərməyə başladılar. İndi isə oğurlanmış məlumatlar bir sistemdən digərinə ötürülməzdən əvvəl modifikasiya edilir.

Bildirilir ki, təhlükəsizlik üçün artan təhdidləri populyarlaşması davam edən "Əşyalar interneti" (IoT) konsepsiyası törədir. C.Hart misal kimi ABŞ-ın "FitBit" "ağıllı" qurğular istehsalçısını göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR