Windows 10-un dizaynı dəyişəcək

Windows 10-un dizaynı dəyişəcək
08:52 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkətinin nümayəndələri Avstraliyada keçirilmiş "Microsoft Ignite" konfransı çərçivəsində 2017-ci ildə "Windows 10" əməliyyat (ƏS) sistemi üçün "Redstone 3" yeniləməsinin çıxarılacağını təsdiqləyiblər.  2017-ci ilin aprelində "Creators Update" yeniləməsi çıxarılacaq və "Microsoft" şirkəti il ərzində öz ƏS-i üçün ən azı iki yeniləmə çıxaracağı ilə bağlı vədinə sadiq qalacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "wccftech.com" nəşrinin əməkdaşlarının fikrincə, "Microsoft"un tərtibatçısı Rafael Rivera "Twitter" hesabında paylaşdığı infoqrafika ilə 2017-ci ildə hər iki yeniləmənin çıxarılacağını faktiki olaraq təsdiq edib.

"Redstone 3" yeniləməsində əvvəllər "Creators Update"də reallaşdırılmamış funksiyalar öz əksini tapacaq. "Digital Trends" yazır ki, məsələn, vacib kontaktlarla əlaqəni sistemə inteqrasiya edən "My People" paneli və ya "Amazon Alexa" səs köməkçisindən istifadə etmək üçün "Home Hub" üçün proqramlar reallaşdırıla bilər.

Qeyd etmək lazımdır ki, "Redstone 3" yeniləməsinin dəqiq çıxarılma tarixi hələ ki rəsmən məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR