CNN və "New York Times" Ağ Evin gündəlik brifinqinə buraxılmadı

CNN və "New York Times" Ağ Evin gündəlik brifinqinə buraxılmadı
09:37 25 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb.

Bu barədə CNN telekanalı məlumat verib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, CNN-dən başqa "New York Times", "Politico", "Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

Bundan əvvəl heç vaxt belə hadisənin baş vermədiyini bildirən telekanal qeyd edir ki, jurnalistlərin brifinqə buraxılmamasının səbəblərini Ağ Ev açıqlamayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini "xalqın düşməni" adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR