x
Loading...

İmpulsları beyinə və əksinə ötürən elastik lif yaradılıb

İmpulsları beyinə və əksinə ötürən elastik lif yaradılıb
11:35 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Medical Xpress" nəşrinin məlumatına görə, alimlər qrupu tərəfindən optik, kimyəvi və elektrik siqnallarını həm beyinə ötürən, həm də ondan qəbul edən yeni tip elastik lif təqdim olunub. Bu lifin qalınlığı insan saçından nazikdir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, lifin elastikliyi beyin toxuması ilə daha yaxşı inteqrasiya etməyə imkan verəcək, həmçinin uzun müddət canlı orqanizmdə qala biləcək. Alimlər belə lifin köməkliyi ilə beynin müxtəlif bölmələrinin quruluşunu daha yaxşı öyrənə, həmçinin beyin bölmələrinin bir-biri ilə qarşılıqlı əlaqəsini başa düşə biləcəklər. Lif beyin toxumasının elastikliyini və yumşaqlığını maksimum dəqiqliklə təkrarlayır. Yeni lifin əsasını çoxlu sayda cərəyan keçirən polietilen qatı və qrafit hissəciklərindən ibarət kompozit materialı təşkil edir. Hər bir qatın yığılması zamanı ona kifayət qədər yüksək təzyiq edilir. Belə texnologiyanın tətbiqi materialın elektrik ötürücülüyünü 5 dəfə artırmağa və elektrodları təxminən bir o qədər azaltmağa imkan verir.
 
Cari anda alimlər artıq laboratoriyada siçanlar üzərində sınaq keçiriblər: liflərin köməyi ilə heyvanların orqanizminə neyronları işığa həssas edən gen buraxıblar. Bir müddətdən sonra alimlər optik dalğaverənin köməyi ilə  neyronlara işıqla təsir edərək spesifik reaksiyaların aşkar edilməsi məqsədilə onların aktivliyini müşahidə ediblər.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46304-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR