Baş nazirin müavinindən Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasıyla bağlı AÇIQLAMA

Baş nazirin müavinindən Şəhidlər xiyabanında soyqırım abidəsinin ucaldılmasıyla bağlı AÇIQLAMA
12:12 25 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

"Milli Məclisin Xocalı muzeyinin yaradılması, Şəhidlər xiyabanında bu soyqırıma həsr olunmuş abidənin quraşdırılması ilə bağlı təklifinə müsbət yanaşmaq olar".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə aş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Xocalı soyqırımı və bu qətliamın tarixi yaddaşımıza çevrilməsi və dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq olar:

"Eyni zamanda, parlament tərəfindən qaldırılan bu məsələlərə müsbət yanaşmaq olar. Məqsədimiz odur ki, Xocalı unudulmasın və təbii ki, unudulmur. Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlər barəsində cinayət işinin qaldırılması, onların törətdikləri qətliama cavab verilməsinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırım kimi tanısınlar, təbii ki, bu soyqırım qurbanlarının qətlinə bais olan insanlar öz layiqli cavablarını alsınlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR