Millimiz mövqeyini qorudu, rəqibi gerilədi

Millimiz mövqeyini qorudu, rəqibi gerilədi
14:05 25 Fevral 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millilərin iştirakı ilə baş tutan görüşlərdən sonra cədvəldə cüzi dəyişikliklər baş verib.

Lakin planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb. Baxmayaraq ki, bəzi komandaların xal aktivində fərqlər diqqət çəkir.
 
Azərbaycan millisinin isə xal ehtiyatı da dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız planetin 10-cusudu.
 
Millimizin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyinə gəlincə, 10 xal itirib, 1 addım geriləyən Macarıstan 1182 xalla 31-cidi. Bosniya və Herseqovina 1133 xalla 38-ci yerdə qərarlaşıb. Albaniya 843 xalla 77-ci yerdə qalıb.
 
İlk "onluq"
1. Braziliya - 1916
2. İspaniya - 1889
3. Rusiya - 1763
4. Argentina - 1706
5. İtaliya - 1619
6. İran - 1608
7. Portuqaliya - 1570
8. Ukrayna - 1483
9. Qazaxıstan - 1451
10. Azərbaycan - 1435

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR