x
Loading...

ABB-yə göstərilən maliyyə dəstəyi ÜDM-in 21%-ni ötəcək

ABB-yə göstərilən maliyyə dəstəyi ÜDM-in 21%-ni ötəcək
17:12 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun baş verən milli valyutanın iki devalvasiyası və iqtisadi geriləmədən sonra hələ də həssas olduğunu bəyan edib. Agentlik ölkənin bank sektorunun reytinqini "ccc" səviyyəsində müəyyənləşdirib. 
"Report"un verdiyi xəbərə görə, Agentliyin hesabatında Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı ildə 10 bankın fəaliyyətini dayandırdığı, məcmu bank aktivlərinin 30%-nə sahib olan Azərbaycan Beynəlxalq Bankının (ABB) isə restrukturizasiyasına başlanıldığı və bu prosesin hələ başa çatmadığı da qeyd edilir. 
"Fitch" bank sektorunda problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin 21% olmasını (Agentlik bu göstəricinin azaldıldığını ehtimal edir) və kapitalın orta adekvatlıq əmsalının 7,6%-ə düşməsini 2017-ci ildə sektora maliyyə dəstəyini zəruri etdiyini vurğulayır. Maliyyələşmənin əsas hissəsinin Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən həyata keçiriləcəyi, həmçinin dövlət tərəfindən ABB-yə əlavə dəstək veriləcəyi bildirilir. 
Agentlik qeyd edir ki, ABB-ə maliyyə dəstəyi son 2 ildə Banka verilən və ÜDM-in 21%-ni təşkil edən zəmanətlərin xüsusi çəkisini daha da artıracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-azerbaycanda-problemli-bank-kreditleri-21-den-coxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR