İran və Azərbaycan kənd təsərrüfatında birgə layihələr reallaşdıra bilərlər

İran və Azərbaycan kənd təsərrüfatında birgə layihələr reallaşdıra bilərlər
17:42 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ İran və Azərbaycan kənd təsərrüfatı sahəsində birgə layihələr reallaşdıra bilər.
"Report' xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin İrana həyata keçirilən işgüzar səfərin nəticələri barədə məlumat verərkən deyib.
Ş.Mustafayevin sözlərinə görə, İranın avtomobil istehsalı sahəsində böyük təcrübəsi var: "Bu təcrübədən yararlana bilərik. Azərbaycanın regionlarında kənd təsərrüfatı texnikasının istehsalına dair birgə müəssisələr təşkil oluna bilər. Səfər zamanı da iranlı iş adamlarının buna marağının şahidi olduq".
İranın kənd təsərrüfatında xeyli tərəqqi əldə etdiyini xatırladan nazir bildirib ki, bu ölkəyə kənd təsərrüfatı torpaqlarından daha da səmərəli istifadə etməsi üçün Azərbaycanın "Azersky" Yer səthinin müşahidə peykinin xidmətlərindən istifadə etmək təklif olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/i-ran-ve-azerbaycan-kend-teserrufatinda-birge-layiheler-reallasdira-bilerler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR