Kulevidə Xocalı qurbanlarının anım mərasimi keçirilib

Kulevidə Xocalı qurbanlarının anım mərasimi keçirilib
18:02 25 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Kulevi Neft Terminalında Xocalı faciəsi qurbanlarının anım mərasimi keçirilib. "Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə "1992-ci il, 26 fevral gecəsi" faciəsinin Azərbaycan tarixinə qara hərflərlə yazıldığı və ölkə tarixinin ən dəhşətli cinayət hesab edildiyi vurğulanıb. 
"25 il əvvəl bu gün - günahsız uşaqlar, qadınlar, kişilər erməni əsgərləri tərəfindən amansızcasına qətlə yetiriliblər. Zaman keçir, lakin tarix bu günü əbədiləşdirən lüzumsuz, əsassız soyqrımı heç vaxt unutmayacaq", - deyə toplantıda qeyd olunub.
Qeyd edək ki, Xocalı soyqrımının yad etmək məqsədilə hər il Kulevi Neft Terminalında tədbir və foto-sərgi təşkil edilir. Ənənəvi tədbir bu il də baş tutub. Faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı həmçinin Dağlıq Qarabağın tarixinə dair təqdimat da keçirilib. Daha sonra Heydər Əliyev Fondunun bu faciənin tarixi faktlarını, habelə Azərbaycanın son illər necə sürətli sosial-iqtisadi inkişaf keçməsini təsvir edən sənədli film nümayiş olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/kulevide-xocali-qurbanlarinin-anim-merasimi-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR