x
Loading...

Londonda “Xocalı-25” musiqili anım tədbiri - FOTOLAR

Londonda “Xocalı-25” musiqili anım tədbiri - FOTOLAR
19:23 25 Fevral 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Londonun məşhur “Covent Garden” konsert zalında “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində 26 fevral 1992-ci il tarixində Xocalıda baş vermiş soyqırımın 25 ildönümünü anmaq üçün müxtəlif millətlərin nümayəndələri bir araya gəlib. Üç yüzə yaxın tamaşaçının qatıldığı bu tədbir 265.000 tamaşaçı auditoriyası olan London LİVE televiziyası ilə canlı yayımlanıb. Anım konsertində Londonda yaşayan məşhur azərbaycanlı klassik musiqiçi və vokalçıları iştirak ediblər.

Bu emosional gecədə çoxları Dağlıq Qarabağın bir hissəsi olan Xocalının Azərbaycan musiqisi ilə sıx bağları haqqında düşünürdü. Qərb klassik musiqisini Azərbaycan musiqisi ilə sintez etmiş bir çox məşhur Azərbaycan bəstəkarlarının Qarabağla sıx qohumluq əlaqəsi olubdur. Fikrət Əmirovun atası Şuşa şəhərinin məşhur xanəndəsi olub. Bu, onun pianoçu nəvəsi Günel Mirzəyeva tərəfindən ifa edilmiş beş miniatürünün hər birində hiss olundu.

Daha sonra soprano səsinə malik Selcan Nəsibli 1953-cü ildə yazılmış “Sevil” operasından “Sevil”in ariyasını ifa edib. Onun gözəl ifası konsert iştirakçılarının yaddaşında uzun müddət qalacaq.

Pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev Şopenin və Raxmaninovun populyar əsərlərinə müraciət ediblər. Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb. Burada hücumun, pulemyotların, qışqırığın və ağlaşmanın səsləri skripkanın, klarnetin və simli musiqi alətləri kvartetinin köməyi ilə verilmişdir. Bu səslər azərbaycanlı skripkaçı Nazrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblının birgə ifa etdikləri Azərbaycan xalq musiqisi ilə dəstəklənirdi.

Konsert iştirakçılarının hər birinə bu möhtəşəm konsertin CD diski təqdim olunub.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Xocalıya həsr olunmuş anım gecəsini belə şərh edib: "Bu gecə bizə insanın vəhşi ola bilməsini, müharibənin isə ağır nəticələrə malik olmasını xatırlatdı. Bu gecə həm də Xocalı soyqırımının kimlər tərəfindən təşkil edildiyinin məlum olduğunu bildirdi.

Ədalət BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi qətnamələrin icra edilməsini tələb edir. Ədalət həmçinin Ermənistan rəhbərliyinin tutduğu cinayətlərə görə cavab verməsini tələb edir. İnanın mənə, xanımlar və bəylər, Xocalı ədaləti öz yerini ya bu dünyada, ya da axirətdə mütləq tapacaqdır.

Ermənistan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir. Azərbaycan ərazisinin 20 faizi işğal olunmuşdur, bir milyona yaxın əhalisi isə qaçqın və məcburi köçkün həyatını yaşayır. Bu tədbir Xocalı qurbanları və yeganə arzusu ata-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayan azərbaycanlılara həsr edilmişdir”.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR