Yava dənizində qəzaya uğramış təyyarənin quyruq hissəsi tapılıb

10:17 7 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 10:14 ]

Bakı – APA. Yava dənizində “AirAsia” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin quyruq hissəsi tapılıb.

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” İndoneziya milli axtarış-xilasetmə agentliyinin rəhbərinə istinadən məlumat yayıb. Agentliyin rəhbəri Bambanq Soelistyo bildirib ki, xilasedicilərin əlində təyyarənin quyruq hissəsinin dənizin dibində olmasını təsdiqləyən vizual sübutlar var. O deyib ki, hazırda dalğıclar həmin yerə enməyə hazırlaşır.

 

B. Soelistyo tapılan cəsədlərin sayının 40-a çatdığını da söyləyib.

 

Xatırladaq ki, Sinqapura uçan “Airbus A320” sərnişin təyyarəsi ötən il dekabrın 28-də İndoneziya sahilləri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 162 nəfər olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR