ARDNŞ Türkiyədə 75 milyon dollara ofis alıb

ARDNŞ Türkiyədə 75 milyon dollara ofis alıb
10:19 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Neft Şirkəti İstanbulda 75 milyon dollara bina aldığı ilə bağlı rəsmi məlumat yayıb. ARDNŞ-dən Lent.az-a verilən məlumata görə, Türkiyənin ən böyük xarici investorlarından olan “SOCAR Türkiyə” sürətlə böyüyən şirkətlərini vahid mərkəzdə toplamaq məqsədi ilə yanvarın 6-da İstanbulun yeni yaşayış və iş mərkəzi ‘Vadistanbul’da sahəsi 19 min kvadratmetr olan bir blokun satın alınması haqqında müqavilə imzalayıb. Sənədə əsasən, yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Türkiyə” özünün yeni mərkəzinə köçəcək.

Mərasimdə vurğulanıb ki, “SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 milyon dollara satın alıb.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR