Qəhrəman polis özünü qurban verdi - VİDEO - FOTO

Qəhrəman polis özünü qurban verdi - VİDEO - FOTO
10:27 7 Yanvar 2015
384 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin paytaxtı Qahirədə partladıcı qurğunun zərərsizləşdirilməsi zamanı polis zabiti həlak olub.
 
İnsident Gizanın Talibiyyə küçəsində, yerli koptların kilsəsinin yaxınlığında, yanacaqdoldurma stansiyasında baş verib.
 
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Misir DİN-in istehkam xidmətinin əməkdaşı, polis kapitanı yanacaqdoldurma stansiyasındakı dibçəyin yanına qoyulmuş bel çantasındakı partladıcı qurğunu zərərsizləşdirmək istəyib. İstehkamçı çantaya yaxınlaşanda oradakı partladıcı qurğu işə salınıb.
Zabiti ekspert-istehkamçıların istifadə etdikləri xüsusi müdafiə kostyumu da xilas etməyib.
 
Partlayışda 3 nəfər yaralanıb. Onlar istehkamçının çantanı zərərsizləşdirməyə çalışdığı anları mobil telefonla çəkən şəxslər, yanacaqdoldurma stansiyasının əməkdaşları olublar.
 
Polisdən verilən məlumata görə, partlayışın "Əjnad Misr" ekstremist qruplaşması tərəfindən hazırlandığı güman olunur.
 
Misirdəki koptların, yəni pravoslav xristianların bu gün Milad Bayramını bayram etmələri ilə əlaqədar olaraq ölkədəki bütün kilsələr və xristian məbədləri xüsusi mühafizə altına alınıb.
 
Milli.Az
 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR