Nəqliyyat Nazirliyinin uğursuz layihəsi - FOTO

Nəqliyyat Nazirliyinin uğursuz layihəsi - FOTO
10:27 7 Yanvar 2015
397 Sosial
Ölkə mətbuatı
A- A+

Avtobuslarda ödəniş kartlarının tətbiqi ötən ilin yanvarında başlamışdı. İlk əvvəl sistem yalnız 10 və 95 saylı marşrutlarda tətbiq edilb. Yanvarın sonunda isə 743 avtobusun işlədiyi 40 marşrutda da kart sistemi tətbiq edilib.

İlk aylar işlər qaydasında gedirdi, lakin sonralar hər şey dayandı. Birinci, POS-terminallarda problemlər yarandı. Kartlara pul köçürmək mümkün olmadı. Bir neçə ay sonra isə nəqliyyat kartları satışdan çıxarıldı.

Belə bir sual ortaya çıxır: nə baş verdi? Nəqliyyatda kart sisteminin tətbiqi lazımdırmı?

Nəqliyyat nazirinin müavini Musa Pənahovun ötən ilin noyabr ayında verdiyi açıqlamanı xatırlatmaq yerinə düşər. Nazir müavini bildirmişdi ki, kart sisteminin üzərində hələ də işləyirlər.

"Tam əminliklə deyə bilərəm ki, İlk Avropa Oyunlarına qədər Bakının ictimai nəqliyyatında nağdsız ödəniş sistemi tətbiq ediləcək".

Onun sözlərinə görə, nəqliyyat kartları metrolarda da tətbiq ediləcək.

M.Pənahovun sözlərindən belə nəticə çıxır ki, nəqliyyat kartları ümumiyyətlə ləğv ediləcək və onları vahid ödəniş kartı əvəz edəcək. Bəs vətəndaşlar hazırkı kartlarla nə etsinlər? O kartların alınması üçün xərclənən pullar necə olacaq? Vətəndaşlar pullarını geri ala biləcəklərmi?

Milli.Az xəbər verir ki, bütün bu sualların cavabını öyrənmək üçün Day.Az saytının əməkdaşı Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamağa çalışıb. Təəssüflər olsun ki, dəfələrlə edilən zənglərə qurum rəsmisi cavab verməyib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı və Dövlət Avtonəqliyyat İdarəsinin Bakı bölməsinin rəis müavini Əmrah Cəfərovla əlaqə saxlamaq mümkün olub. Lakin hər ikisi bildirib ki, belə sualların cavablandırılması onların səlahiyyətlərinə daxil deyil.

Nəticə olaraq qeyd etmək istərdik ki, Nəqliyyat Nazirliyi satışa 400 min kart çıxdığını demişdi. Onların 200 mini satılmışdı.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR