Qazaxlar savaşa hazırlaşır

Qazaxlar savaşa hazırlaşır
10:31 7 Yanvar 2015
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda bütün hərbi qulluqçuların döyüş hazırlığı yoxlanılacaq. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

ANS PRESS-in News.nur.kz saytına istinadla verdiyi məlumata görə, ölkənin Silahlı Qüvvələrində yeni tədris ilinin başlanğıcı ilə əlaqədar 2015-ci il yanvarın 9-dək hərbi birləşmələrdə sıravi əsgərlərdən tutmuş generala qədər onların döyüş hazırlığı, hərbi qərərgahların vəziyyəti, hərbi hissələrdəki texnikaların səviyyəsi yoxlanılacaq, idarəetmə məntəqələrinin genişləndirilməsi ilə bağlı məsələlər tam yerinə yetiriləcək.

Bundan başqa, Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə döyüş hazırlığının təkmilləşdirilməsi çərçivəsində bu il bir sıra beynəlxalq təlimin və yarışın keçirilməsi planlaşdırılır.

Qazaxstan hərbçiləri tank, desant, artilleriya və kəşfiyyat bölmələri üzrə beynəlxalq tədbirlərdə, o cümlədən MDB və başqa ölkələrdə keçiriləcək təlimlərdə iştirak edəcəklər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=318155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR