Elza Seyidcahan yenə yazdı... (MƏTN)

Elza Seyidcahan yenə yazdı... (MƏTN)
10:36 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Şeirləri ilə gülüş hədəfinə çevrilməsinə baxmayaraq Elza Seyidcahan yenə yazdı.

ANS PRESS-in məlumatına görə, sənətçi bu dəfəki şeirini Dünyaya həsr edib.

Elza xanım "Oyun-oyuncaq dünya" adlandırdığı şerində Dünyanı oyuncağa bənzədib və özünün oyuncağının isə 7 not olduğunu deyib.

Bəstəkar-müğənni Elza Seyidcahan yeni şeirinin altında belə yazıb: "Yazmağı Elzadan, yozmağı yozanlardan, anlayanlardan".

İfaçının yeni poetik duyğularını olduğu kimi təqdim edirik:

Oyun—oyuncaq dünya

Bu dünya bir oyuncaqdır
İçi dolu körpələri…
Mən körpənin oyuncağı
Yeddi notdur
Başqa bir şey deyil!
"Bu dünya
Oyun oyuncaqdan
Başqa bir şey deyil!
Kəsmək-bükmək deyil
Vəsmə çəkmək deyil.
Görün siz nəyədir meyil?
Baxın görün…
Gileyin məğzi,
Küləyin səbəbi?
Oyuncaqları sovurmaq!
Qarlı dağları ovutmaq!
Oyuncaqların davasının savaşı…
Nə şirin oyuncaqmış dünya!?
Çox ağır bir oyuncaqdır,
Gücə gəlməz, Sözə yatmaZ!
Yəni sənə çox şirindir
Bu oyuncaq xülya?!
Ay körpə,
Ana südü, dağ çiçəyi
Verdi sənə bu dünya.
Yetməzmi?!
Dəyməz belə savaşa ki,
Körpələrin inqələri,
Oxu atdın, yay gizlədin
İnnələri!!!
İynələri saplamadan.
Naxışların nə civarı?!
Bu dünya
Oyun-oyuncaqdan
Başqa bir şey deyil!
Oyuncaqlardadır feyil davasının xəbəri!
Xəbər gəldi o taydan..,
Yekə bir oyuncaqdır
Oyun çıxdı nə boyda?
Uzunluğu bu boyda!
Boydan-boya düzdulər
Düzdülər, nə düzdülər..
Başqa bir şey deyil!
Bu dünya
Oyun-oyuncaqdan başqa bir şey deyil!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR