Istanbulu partladan qadin (VIDEO)

Istanbulu partladan qadin (VIDEO)
10:46 7 Yanvar 2015
410 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində polisə hücum edən canlı bombanın Əlif Sultan Kalsen adlı marksist qadının olduğu ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, Devrimçi Xalq Qurtuluş Partiyası - Cəhbəsinin (DHKP-C) üzvü olan Kalsen bundan əvvəl də oxşar məsələ ilə bağlı gündəmə gəlib. İlk dəfə 2012-ji ildə İstanbulda Sultanqazi polis mərkəzinə edilən hücum nəticəsində polis məmuru Bülənt Özkanın həlak olmasından sonra polis aranan 9 canlı bombadan biri kimi onun axtarışına başlamışdı. Şəkli qəzetlərdə yayılan Kalsen İstanbul polis idarəsi qarşısında mətbuat konfransı keçirərək vali Hüseyn Avni Mutluya qarşı məhkəmə iddiası ilə çıxış etmişdi.

"Bizi canlı bomba elan etdilər. Bunun qayğısını yaşıyırıq. Bura gəldik, amma çıxışımızın necə olacağını bilmirik. Mən 3 ay əvvəl həbsdən azad olmuşam, açıq fəaliyyət göstərirəm. Bizi öldürmək istəyirlər", - deyə bildirmişdi.

Kocaeli universiteti beynəlxalq əlaqələr fakültəsinin tələbəsi olan Kalsının əslən Tuncelidəndir və onun Kocaelide yaşadığı müəyyənləşdirilib. Canlı bomba Əlif Sultan Kalsenin böyük bacısı Fidan Kalsenin də 19 dekabr 2000-ci il tarixdə Çanaqqala həbsxansınada özünü yandırdığı çıxıb.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR