İtaliyanın Azərbaycandakı səfirliyi vizanın verilməsində yeni sistemin tətbiqinə başlayır

İtaliyanın Azərbaycandakı səfirliyi vizanın verilməsində yeni sistemin tətbiqinə başlayır
10:57 7 Yanvar 2015
252 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Azərbaycandakı səfirliyi vizanın verilməsində yeni sistemin tətbiqinə başlayır
Səfirlikdən Trend-ə bildiriblər ki, İtaliya Respublikasının Bakıdakı səfirliyi yanvarın 29-dan Şengen Ölkələri arasında viza məlumat mübadiləsi aparılması üçün Viza İnformasiya Sisteminin (Visa Information System - VIS) qüvvəyə minəcəyini bildirir. VİS Avropa İttifaqının azad, təhlükəsiz və ədalətli mühitin yaradılmasında apardığı önəmli təşəbbüslərdən biridir.

Məlumatda qeyd olunur ki, yeni sistemə əsasən, ilk dəfə olaraq viza sorğusu təqdim edən şəxslər şəxsən aidiyyatlı ofisə müraciət etməlidirlər: "Bu zaman həmin şəxsin biometrik məlumatları biometrik şəkil və barmaqların rəqəmsal izlərini götürməklə əldə edilir. 12 yaşına çatmamış azyaşlılar və fiziki olaraq barmaq izlərinin götürülməsi mümkün olmayan şəxslər bu prosedurdan azad hesab edilirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR