İstanbulda yağan güclü qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir etməyib

İstanbulda yağan güclü qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir etməyib
11:03 7 Yanvar 2015
149 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Emil İsmayılov/

İstanbulda yağan güclü qar Bakı ilə İstanbul arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan qeyd ediblər ki, bu gün Bakı-İstanbul marşrutu üzrə bütün səhər aviareysləri yola salınıb: “Bun gün həmin istiqamətdə və əksinə reyslərin təxirə salınması gözlənilmir, adətən bu barədə əvvəlcədən elan edilir”.

Yanvarın 6-da "Türk Hava Yolları" aviaşirkəti ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb. Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR