"Barselona"nın futbolçusu yığma karyerasını bitirdi

"Barselona"nın futbolçusu yığma karyerasını bitirdi
11:05 7 Yanvar 2015
273 İdman
Ölkə mətbuatı
A- A+

“Vest Hem”in yarımmüdafiəçisi Aleks Sonq yığma karyerasını bitirmək qərarına gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müqavilə ilə “Barselona”ya məxsus olan və İngiltərə klubunda icarə əsasında çıxış edən Sonq bir daha Kamerun millisində çıxış etməyəcəyini bəyan edib.
 
Lakin futbolçu Afrika Millətlər Kubokunda yığmasına kömək edəcək. Məhz bu turnirdən sonra 27 yaşlı futbolçu yığma ilə birdəfəlik vidalaşacaq.
  
Qeyd edək ki, Aleks Sonq 2005-ci ildən çıxış etdiyi Kamerun millisində 47 oyun keçirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR