İranlı nazir Bakıya gəlir

İranlı nazir Bakıya gəlir
11:06 7 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

İran iqtisadiyyat və maliyyə naziri Əli Tayebniyə Azərbaycana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

O bildirib ki, iranlı nazir iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə Bakıya gələcək.

Səfər yanvar ayının ikinci yarısında baş tutacaq. İran iqtisadiyyat və maliyyə naziri Əli Tayebniyənin səfəri çərçivəsində İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə ediləcək.

Səfərin dəqiq tarixi yaxın zamanda elan ediləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR