Bakı polisinin dilənçi və avaralarla mübarizəsi davam edir

Bakı polisinin dilənçi və avaralarla mübarizəsi davam edir
11:08 7 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda polisinin dilənçi və avara həyat tərzi sürənlərə qarşı inzibati tədbirləri davam edir.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi, 6-cı Polis Bölməsi və Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avara və dilənçi həyat tərzi keçirən 27 nəfər saxlanılıb.

Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, son həftə ərzində Bakıda avaralıq və dilənçilik edən 150 nəfər yaxın şəxs saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR