Məktəb direktorları üçün təlim kursları təşkil olunacaq

11:22 7 Yanvar 2015
255 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 11:17 ]


Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə UNİCEF və Xəzər Universiteti tərəfindən “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” kursu keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimlər yeddi moduldan ibarət olmaqla üç ay davam edəcək. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunacaq. Bundan əlavə, iştirakçılardan gələcəkdə Xəzər Universitetində magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər üçün beş (ECTS) kredit veriləcək.

 

Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR