4-qat Olimpiya çempionu ölümə atıldı - VİDEO - FOTO

4-qat Olimpiya çempionu ölümə atıldı - VİDEO - FOTO
11:22 7 Yanvar 2015
264 İdman
Ölkə mətbuatı
A- A+

Dağ xizəkçiliyi üzrə dördqat Olimpiya çempionu, 33 yaşlı isveçrəli Simon Amman ölümcül travmalar alaraq xəstəxanaya aparılıb.
 
Milli.Az Skispringen-ə istinadən bildirir ki, "4 tramplin turniri"nin (Four Hills Tour ) Avstriyanın Bişofshafen şəhərində keçirilən 4-cü mərhələsində tramplindən atılan S.Amman yıxılıb.
 
136 metrlik tramplinin enişində yıxılan S.Ammanın başı yerə dəyəndə o, huşunu itirib.
2002 və 2010-cu illərdəki qış Olimpiya Oyunlarında K-90 və K-120 tramplinlərində qalib gələrək 4 dəfə Olimpiya çempionu olmuş S.Amman 2007 və 2010-cu illərdə dünya çempionu titullarını qazanmışdı.
 
Simon Ammanın koma vəziyyətindən çıxdığı bildirilir.
S.Ammanın travması ilə bağlı xəbərləri Avropa mediası "Çempion ölümə atıldı" başlığı ilə yayıb.
 
Milli.Az
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR