Qəzəblənmiş sakinlər oğruları asmaq istədilər - FOTO

Qəzəblənmiş sakinlər oğruları asmaq istədilər - FOTO
11:27 7 Yanvar 2015
176 Dünya
Ölkə mətbuatı
A- A+

Oğurluq və qarətlərdən usanan sakinlərin qəzəbi linç məhkəməsinə çevrilib.
Olay Meksikanın mərkəzindəki Tehuakan şəhərində yaşanıb.
 
Milli.Az El Mundo-ya istinadən bildirir ki, 4 oğrunu tutan sakinlər onları dəyənəklər və dəmir boru kəsikləri ilə amansızlıqla döyəndən sonra cinayətkarları asmağa çalışıblar.
 
Lakin hadisə yerinə gəlmiş polis əməkdaşları buna imkan verməyiblər.
Polisdən verilən məlumata görə, oğurluqda suçlanaraq döyülən, boyunlarına kəndir keçirilərək asılmağa "hazırlaşdırılan" şəxslərdən 3-ü kişi, biri qadındı. Qadın hamilə idi.
 
Sakinlərin döydükləri oğrulardan biri aldığı travma və yaralardan xəstəxananın intensiv terapiya bölməsində keçinib.
Meksikanın Puebla ştatındakı Tehuakan şəhərinin 100 sakininin yığışdığı linç məhkəməsində deyilənlərə görə, oğrular indiyədək 100 evi qarət ediblər.
 
"Bu oğruların əlindən bezmişik. Polis onları əlimizdən aldı. Cəzaları ağır olmayacaq və həbsxanadan çıxan kimi yenidən əvvəlki məşğuliyyətlərinə dönəcəklər", - sakinlər deyiblər.
 
Milli.Az
 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR