İstanbulda yağan güclü qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib?

İstanbulda yağan güclü qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib?
11:27 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İstanbulda yağan güclü qar Bakı ilə İstanbul arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib.

Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan qeyd ediblər ki, bu gün Bakı-İstanbul marşrutu üzrə bütün səhər aviareysləri yola salınıb: “Bu gün həmin istiqamətdə və əksinə reyslərin təxirə salınması gözlənilmir, adətən bu barədə əvvəlcədən elan edilir”.

Yanvarın 6-da "Türk Hava Yolları" aviaşirkəti ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb. Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR