Güləşçilərin 2015-ci ilin ilk reytinq siyahısında Hacı Əliyev liderdir

Güləşçilərin 2015-ci ilin ilk reytinq siyahısında Hacı Əliyev liderdir
11:28 7 Yanvar 2015
559 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, sərbəst güləş üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildiriblər ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olan Hacı Əliyev reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir.

57 kq
9. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (9)

61 kq
1. Hacı Əliyev - DÇ 1-ci yer (1)

65 kq
15. Məhəmməd Müslümov - Millətlərarası Kubok 2-ci yer (18)

70 kq
9. Ruslan Dibirhacıyev - AÇ 1-ci yer (7)

74 kq
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (9)
11. Əşrəf Əliyev - DÇ 8-ci yer (11)

86 kq
7. Həmzət Osmanov - DÇ 5-ci yer (6)

97 kq
2. Xetaq Qazyumov - DÇ 2-ci yer (2)
10. Şərif Şərifov - Ə.Əliyev turniri 2-ci yer (11)

125 kq
11. Əli İsayev - Ə.Əliyev turniri 1-ci yer (10)
13. Aslan Dzebişov - Qızıl Qran Pri Final mərhələsi 3-cü yer (12)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR